Xbox vasitəsilə 1 milyon dollarlıq pizza satılıb

10 Yanvar 2014 - 17:34 | Texnoloji yeniliklər
Xbox vasitəsilə 1 milyon dollarlıq pizza satılıb

Pizza Hut proqramının işə salınmasından sonrakı dörd ay ərzində Xbox saytı vasitəsilə ümumilikdə 1 milyon dollar məbləğində pizza satılıb. gazeta.ru saytının məlumatına görə, proqram pizzanı səs komandaları və ya Kinect sensorunun köməyi ilə sifariş etməyə imkan verir. Alıcının üzərinə düşən yalnız kuryeri qarşılamaqdır. 

Xbox Live-in rəhbəri Larri Qrib şirkətin uğurunu Xbox auditoriyasının əsasən pizzani sevən insanlardan təşkil olunmasıyla izah edir. 

"Pizza Hut" şirkətinin nümayəndəsi Duq Terfexr qeyd edib ki, Pizza Hut “sevimli iPhone” kimi həmişə sizinlə olacaq.