Dünyanın aparıcı axtarış sistemi olan “Google” yeni sahədə fəaliyyət göstərəcəyini bildirib.
“ictnews” xəbər xidmətinin məlumatına əsasən, Google rabitə operatoru kimi fəaliyyətə başlamaq niyyətindədir. Şirkətin vitse-prezidenti Sundar Piçai “Mobile World Congress 2015” sərgisində yaxın zamanda Google-un rabitə tarif planlarını təqdim edəcəyini söyləyib.
Şirkət virtual mobil rabitə operatoru kimi fəaliyyət göstərəcək və digər operatorların infrastrukturundan yararlanacaq.