İnstitutun şöbə müdiri “Baku TV”yə müsahibə verib – VİDEO

24 Sentyabr 2026 - 11:18 | Müsahibələr, çıxışlar
İnstitutun şöbə müdiri “Baku TV”yə müsahibə verib

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev “Baku TV”yə müsahibə verib.

Dos. Firudin Ağayev müsahibəsində Elm və Təhsil Nazirliyi ilə “OpenAI” şirkəti arasında imzalanmış üçillik anlaşma memorandumunun Azərbaycan təhsil sisteminə qazandıra biləcəyi üstünlüklərdən bəhs edib.

Alim bu əməkdaşlığın süni intellekt əsaslı tədris alətlərinin hazırlanması, şagirdlərin biliklərinin qiymətləndirilməsində süni intellektdən istifadə və təhsil analitikası üçün böyük verilənlər bazasının formalaşdırılması istiqamətində əhəmiyyətli imkanlar yaradacağını diqqətə çatdırıb.