Neft-qaz sektorunda texnoloji suverenliyin təhlili məsələlərinə həsr olunmuş məruzə beynəxlaq konftransda təqdim olunub

29 İyul 2026 - 15:25 | Yeni nəşrlər
Neft-qaz sektorunda texnoloji suverenliyin təhlili məsələlərinə həsr olunmuş məruzə beynəxlaq konftransda təqdim olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi Şakir Mehdiyev və institutun baş mütəxəssisi Təhmasib Fətəliyevin həmmüəllifi olduqları məruzə “Təhsil, elm və istehsalatda informasiya texnologiyaları” mövzusunda VIІI beynəlxalq elmi-praktik konfransda (ITEST-2026) təqdim olunub.

Tədbirdə “Neft-qaz sektorunda texnoloji asılılığın və texnoloji suverenliyin sistem təhlili” (A systems analysis of technological dependence and technological sovereignty in the oil and gas sector) adlı məruzəni Şakir Mehdiyev təqdim edib. Çıxışda qlobal rəqəmsal transformasiya şəraitində neft-qaz sektorunda texnoloji asılılığın yaratdığı risklər və bu sahədə texnoloji suverenliyin təmin olunmasının əhəmiyyəti təhlil edilib. Xarici texnologiyalardan asılılığın geoloji kəşfiyyat, qazma, istehsalın avtomatlaşdırılması və rəqəmsal idarəetmə proseslərinə təsiri araşdırılıb, sektorun texnoloji dayanıqlılığının qiymətləndirilməsi üçün inteqrasiya olunmuş metodoloji model təklif edilib. Tədqiqatın nəticələrinin neft-qaz sənayesində texnoloji dayanıqlığın gücləndirilməsinə və innovasiya siyasətinin formalaşdırılmasına töhfə verəcəyi vurğulanıb.

Qeyd edək ki, ITEST-2026 çərçivəsində plenar və bölmə iclaslarında informasiya texnologiyaları, süni intellekt, informasiya təhlükəsizliyi və digər aktual istiqamətlər üzrə elmi məruzələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.