İnstitutun şöbə müdiri ARB24 televiziya kanalına müsahibə verib – VİDEO

08 May 2026 - 16:50 | Müsahibələr, çıxışlar
İnstitutun şöbə müdiri ARB24 televiziya kanalına müsahibə verib

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov ARB24 telekanalının “Gündəm” verilişinə müsahibə verib.

Dos. Fərhad Yusifov “ABŞ-Çin münasibətlərində yeni mərhələ: süni intellekt mübarizəsi” mövzusuna həsr olunmuş verilişdə iki supergüc dövlətin süni intellekt texnologiyalarının inkişafı sahəsində formalaşdırdığı yanaşmaları təhlil edib. O, ABŞ və Çinin bu istiqamətdə təcrübəsindən söz açaraq, qlobal miqyasda data axınlarının tənzimlənməsi, strateji məlumatların qorunması və verilənlərin konfidensiallığının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edib.