İnstitutun baş mühəndisi İctimai Televiziyaya müsahibə verib – VİDEO

13 Aprel 2026 - 09:52 | Müsahibələr, çıxışlar
İnstitutun baş mühəndisi İctimai Televiziyaya müsahibə verib

ETN İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi Şakir Mehdiyev İctimai Televiziyaya müsahibə verib. O, müsahibəsində süni intellektin görünməyən fəsadlarından danışıb. Ş.Mehdiyev data mərkəzlərdə prosessorların soyudulması prosesində istifadə olunan üsullar haqqında da məlumat verib.

Həmçinin son illər nəhəng şirkətlərin su ilə soyutma sistemlərinə üstünlük verdiyini qeyd edərək bu üsulun daha effektiv nəticələr göstərdiyini diqqətə çatdırıb.