Dövlətin kibersuverenliyinin təmin olunması problemlərinə həsr olunmuş konfrans seksiya iclasları ilə davam edib

10 Mart 2026 - 15:04 | Konfranslar, İclaslar

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransı öz işini seksiya iclasları ilə davam etdirib.

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və texnika elmləri doktoru Yadigar İmamverdiyevin həmsədrliyi, texnika üzrə fəlsəfə doktoru Fərqanə Abdullayevanın elmi katibliyi ilə keçirilən “Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-texnoloji aspektləri” adlı seksiya iclasında “Dayanıqlı və təhlükəsiz rəqəmsal arxitektura dövlətin kibersuverenliyinin qarantıdır”, “Azərbaycanın rəqəmsal suverenlik indeksi: analitik və metodoloji yanaşma”, “Dövlətin  data suverenliyi: yanaşmalar və perspektivlər”, “Şəbəkə-kommunikasiya infrastrukturunun suverenliyi: problemlər, təhlükəsizlik məsələləri, risklər və həlli yolları”, “Rəqəmsal məhkəmə ekspertizasının kibersuverenliyin təmin olunmasında yeri və rolu”, “Kibersuverenlik modelləri və onların müqayisəli təhlili”, “Dövlətin kibersuverenliyi sahəsində elmi araşdırmaların vəziyyəti, multidissiplinar təhlil, trendlər və perspektivlər” mövzular üzrə məruzələr təqdim olunub, suallar cavablandırılıb.

AMEA-nın müxbir üzvü Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru Ziyafət Əmirovun həmsədrliyi, texnika elmləri üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyevin isə elmi katibliyi ilə keçirilən “Dövlətin kibersuverenliyinin təmin olunmasinin elmi  siyasi-hüquqi və təşkilati aspektləri” adlı seksiya iclasında isə “Süni intellekt əsaslı dezinformasiyanın yaradılması, tətbiqi və onunla mübarizə”, “Dövlətin kibersuverenliyi və enerji təhlükəsizliyinə yeni tələblər”, “İnformasiya təhlükəsizliyi ixtisası üzrə kadr hazırlığının mövcud vəziyyəti və bəzi problemləri”, “Süni intellekt əsaslı kibertəhlükəsizlik mexanizmləri və milli kibersuverenlik”, “Virtual məkanda dövlətin linqvistik suverenliyi: dilin ekosistemi, problemlər və həlli yolları”, “Əhalinin rəqəmsal savadlılıq səviyyəsinin dövlətin kibersuverenliyinə təsirinin araşdırılması və təhlili”, “Dövlətin kibersuverenliyində intellektual potensialın rolunun təhlili və qiymətləndirilməsi” və digər mövzular üzrə məruzələr təqdim olunub.

Həmçinin “Dövlətin kibersuverenliyinin ümumarxitektur prinsipləri və funksional komponentləri: problemlər və konseptual yanaşmalar”, “Rəqəmsal dövlət platformasında sosial təhlükəsizliyin qiymətləndirilməsi mexanizmləri”, “Dövlətin kibersuverenliyinin təmin edilməsi üçün milli proqram mühəndisliyinin formalaşması problemləri”, “Kibersuverenlik konsepsiyası və onun dövlət təhlükəsizliyi sistemində rolu”, “Mürəkkəb təsvirlərin tanınması: proqram paketi, arxitektura və praktik tətbiqlər”, “Enerji sektorunda adaptiv kibertəhlükəsizlik: dinamik risk modelləri”, “Darknet və Dark web infrastrukturunun dövlətin kibersuverenliyinə yaratdığı risklər və təhdidlər”, “Kibervalyutalar və dövlətin rəqəmsal suverenliyi: mövcud vəziyyəti, təhlükəsizlik məsələləri və risklər”, “Kibervalyutalar və dövlətin rəqəmsal suverenliyi: mövcud vəziyyəti, təhlükəsizlik məsələləri və risklər” və digər mövzularda məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.