AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri sosial şəbəkələrdə istifadəçilərə yönəlmiş kibertəhlükələrlə bağlı müsahibə verib – VİDEO

09 Yanvar 2026 - 12:01 | Müsahibələr, çıxışlar
AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri sosial şəbəkələrdə istifadəçilərə yönəlmiş kibertəhlükələrlə bağlı müsahibə verib

ETN İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “TV1” veb-saytının “Bakı vaxtı” verilişinin qonağı olub.

B.Nəbiyev “Piramida oyunları ilə vətəndaşları necə aldadırlar?” mövzusuna həsr olunmuş verilişdə sosial şəbəkələrdə vətəndaşların maliyyə vəsaitlərinin mənimsənilməsi kimi məsələlərlə bağlı sualları cavablandırıb.

O, hazırda bütün dünya ölkələrində İnternetə çıxış imkanlarının artması, süni intellekt texnologiyalarının inkişafı nəticəsində kibertəhlükəsizlik məsələlərinin aktuallaşdığını qeyd edərək xüsusən son illərdə maliyyə piramidası dələduzluq hallarının daha geniş yayıldığını diqqətə çatdırıb. B.Nəbiyev çıxışında bu kimi risklərin yaranma səbəbləri, onların minimallaşdırılması üsulları, eləcə də bu hücumlardan qorunma yolları haqqında danışıb.