AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri kibertəhlükələrlə bağlı müsahibə verib – VİDEO

19 Sentyabr 2025 - 10:34 | Müsahibələr, çıxışlar
AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri kibertəhlükələrlə bağlı müsahibə verib

ETN İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “TV1” veb-saytının “Bakı vaxtı” verilişinin qonağı olub.

B.Nəbiyev “Kibertəhlükələrdən özümüzü necə qoruyaq?” mövzusuna həsr olunmuş verilişdə süni intellekt texnologiyaları, onların cəmiyyətə müsbət və mənfi təsirləri və s. ilə bağlı sualları cavablandırıb.

O, çıxışında müxtəlif sosial şəbəkələrdə fişinq hücumları, bu kimi risklərin yaranma səbəbləri, onların minimallaşdırılması üsulları, eləcə də bu hücumlardan qorunma yolları haqqında danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.