Elmi əməkdaşlıq əlaqələrinin genişlənməsi və beynəlxalq elmi şəbəkələrdə yerli alimlərin fəal iştirakının təmin olunması ölkəmizin potensialının tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. ETN İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı ilə Tokio Milli İnformatika İnstitutunun mütəxəssisi arasında qurulacaq əməkdaşlıq əlaqələri də bu qəbildəndir.
Yaponiyanın Tokio Milli İnformatika İnstitutunun dosenti, IEEE-nin baş üzvü, dr. Frederik Andres institutun baş elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovaya əməkdaşlıq təklif edib. Əməkdaşlıq çərçivəsində informatika, maşın təlimi, böyük verilənlər (Big Data), süni intellekt və digər qabaqcıl istiqamətlər üzrə birgə elmi tədqiqatların aparılması, həmçinin birgə elmi məqalələrin hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, Frederic Andres beynəlxalq bazalarda indeksləşən çoxsaylı elmi məqalələrin müəllifidir.
Hazırda tərəflər arasında ilkin əlaqələrin qurulması prosesi davam edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.