AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri kibertəhlükəsizlik məsələləri ilə bağlı müsahibə verib

19 Mart 2025 - 10:31 | Müsahibələr, çıxışlar
AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri kibertəhlükəsizlik məsələləri ilə bağlı müsahibə verib

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “TV1” veb-saytının “Bakı vaxtı” verilişinin qonağı olub.

B.Nəbiyev “Kibertəhlükələrdən necə qorunmalı?” mövzusuna həsr olunmuş verilişdə elektron kommersiya əməliyyatları zamanı baş verən, vətəndaşların maliyyə vəsaitlərinin itkisinə səbəb olan fırıldaqçılıq hallarının qarşısının alınması istiqamətində görülən işlərdən bəhs edib.

Ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən komplesk tədbirlərdən bəhs edən B.Nəbiyev Azərbaycanın milli kibertəhlükəsizlik indeksinə görə dünyada 21-ci yerdə qərarlaşdığını qeyd edib.

B.Nəbiyev çıxışında həmçinin bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin tərkibində EaPonnect layihəsinin “EaP National Research and Education Networks – Towards new frontiers” adlı iclasında iştirakı ilə bağlı məlumat verib, tədbirdə Şərq tərəfdaşlığı ölkələrində kibertəhlükəsizliyin təmin olunması məsələlərinin də müzakirə olunduğunu diqqətə çatdırıb.