“Apple” şirkəti “Apple Watch” “ağıllı”saatların kütləvi istehsalına yanvarda start verə bilər. hitech.newsru.com saytının məlumatına görə, şirkət gələn il 24 milyon “Watch” qurğusunun istehsalını planlaşdırır.
Saatların bazara çıxışı 2015-ci ilin əvvəllərində gözlənilir, lakin satışın dəqiq tarixi hələ də məlum deyil.
“Apple Watch” alıcılara 349 dollara başa gələcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.