İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovaya nüfuzlu “Elsevier” nəşriyyatının “Pattern Recognition Letters” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı təqdim olunub.
Nüfuzlu “Web of Science” bazasına daxil olan jurnal neyron şəbəkələri, maşın təlimi, Data Mining, nitqin tanınması, təbii dilin emalı və digər prioritet istiqamətlərdə əhəmiyyətli tədqiqatların nəticələrini təqdim edir. Jurnalın impakt faktoru 5.1-ə bərabərdir.
“Pattern Recognition Letters” jurnalı həmçinin “Scopus”, INSPEC, ACM Computing Reviews, “Science Citation Index”, “Engineering Index” və digər bazalarda indeksləşir və referatlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.