Ən nazik smartfon təqdim olundu

11 Dekabr 2014 - 12:17 | Texnoloji yeniliklər
Ən nazik smartfon təqdim olundu

Çinin "Vivo" şirkəti yeni "Vivo X5 Max" smartfonunun rəsmi təqdimatını keçirib.

Korpusun ən nazik hissəsində qurğunun qalınlığı 3,99 mm, ən qalın hissəsində isə 4,75 mm təşkil edir.

hitech.newsru.com saytının məlumatına görə, yeni məhsul əvvəlki iki rəqibindən (Gionee Elife S5.1 və Orro R5) daha nazikdir. Sonuncunun qalınlığı ilə müqayisədə fərq sadəcə 0,1 mm idi.

1080p ölçüsünə imkan verən 5,5 düymlük sensorlu Super AMOLED displeyi ilə təchiz olunmuş smartfon 64 bitlik Qualcomm Snapdragon 615 prosessoruna əsaslanır.

Qurğunun əməli yaddaşının həcmi 2 Qb, daxili yaddaşı isə 16 Qb-dır. Smartfonda, həmçinin yaddaş kartı üçün 128 Qb-a qədər həcmi olan slot və 2 sim kart yeri nəzərdə tutulub.

Smartfonun əsas kamerası 13, ön kamerası isə 5 meqapikseldir.

LTE standartını dəstəkləyən qurğu Android 4.4.4 əsaslı Funtouch 2.0 əməliyyat sistemilə işləyir.

Bununla belə, mənbələr daxili Vivo X5 Max batareyasının xarakteristikasını açıqlamırlar, lakin onun batareyasının tutumu Orro R5-də quraşdırılmış 2000 mAç batareyası ilə uyğun gəlir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.