Smitson İnstitutundan olan mütəxəssislər qrupu 3D-modelləşdirmə texnologiyalarından istifadə etməklə ABŞ prezidenti Barak Obamanın modelini yaradıblar. Bu haqda Ağ Evin rəsmi veb-saytında bildirilib.
Prezidentin modelinin yaradılması üçün bir dəqiqə ərzində xüsusişəkildə yerləşdirilmiş 58 fotokamerailə Ağ Ev rəhbərinin şəkli çəkilib. Sonra fotoşəkillər “Autodesk” softunun köməyilə 3D-də birləşdirilərək “3DSystems”də çap olunub. Layihə müəlliflərinin bildirdiyinə görə, yaradılmış büstün dəqiqliyinə görə analoqu yoxdur.
ABŞ prezidenti 3D-çapın demək olar ki, bütün fəaliyyət sahələrində inqilab edəcək qədər potensiala malik olduğunu bildirib. Videogörüntüdə Barak Obamanın özünün mini-surətindən razı qaldığı hiss olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.