İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının növbəti iclasında 10 saylı şöbənin 2022-ci il üzrə hesabatına dair məruzə dinlənilib.
Məruzəni təqdim edən şöbə müdiri Şakir Mehdiyev şöbə əməkdaşlarının elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyəti, elmi-texniki konfranslarda, seminar və simpoziumlarda iştirak, beynəlxalq elmi əməkdaşlıqlar, elmmetrik göstəricilər və s. ilə bağlı görülmüş işlər haqqında ətraflı məlumat verib.
Ş.Mehdiyev öncə şöbənin elmi-tədqiqat fəaliyyətindən bəhs edib. Bildirib ki, “İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi” istiqamətində tədqiqatlar cari ildə də davam etdirilir. Eyni zamanda Industry 4.0 platformasında kiber-fiziki sistemlərin analizi və sintezi problemlərinin araşdırılırdığını və kiber-fiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi mexanizmlərinin işləndiyini diqqətə çatdırıb.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işlər barədə söz açan məruzəçi şöbə əməkdaşlarının “Neft-qaz sənayesinin idarəetmə sistemlərinin kompleks kiber-fiziki təhlükəsiziliyi məsələləri” qrant layihəsində iştirak etdiklərini qeyd edib.
Sonra Ş.Mehdiyev şöbənin elmi-pedaqoji fəalliyyətindən danışıb, əməkdaşların institutun Tədris-İnnovasiya Mərkəzində keçirilən fərdi kursların imtahanlarında iştirak etdiklərini söyləyib. O, həmçinin əməkdaşların elmi-texniki konfranslar, seminar və simpoziumlarda iştirakı, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı məlumat verib, şöbə əməkdaşlarının KİV-də fəalliyyətini və elmmetrik göstəricilərini də nəzərə çatdırıb.
Hesabata dair müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim şöbədə Industry 4.0 platformasında kiber-fiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi məsələsi ilə bağlı aparılan araşdırmaların daha da dərinləşdirilməsi, elmi tədqiqatların nəticəsi kimi məqalələrin hazırlanması və nüfuzlu beynəlxalq jurnallarda nəşrinin vacibliyini vurğulayıb.
Elmi şuranın qərarı ilə şöbənin hesabatı qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.