Saxta jurnalların identifikasiyası metodları analiz edilir

27 Oktyabr 2022 - 11:52 | Konfranslar, İclaslar
Saxta jurnalların identifikasiyası metodları analiz edilir

İnformasiya Texnologiyaları İnstitutunun 5, 9 və Elmi informasiya və elmmetriya şöbələrinin birgə onlayn elmi seminarı keçirilib.

İnstitutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova “Saxta jurnalların identifikasiyası metodlarının analizi” mövzusunda məruzə ilə çıxış edib. Öncə saxta jurnallar haqqında ətraflı məlumat verib, onlarla bağlı beynəlxalq akademik bazalarda 2015-2022-ci illərdə dərc edilən məqalələrin analitik təhlilini təqdim edib.

Məruzəçi “yırtıcı” jurnalların identifikasiyası üçün mövcud kriteriyaları sadalayaraq, bu jurnalların ölkələr, illər, elm sahələri və s. üzrə artım tempini əks etdirən diaqram və cədvəlləri nümayiş etdirib.

R.Həsənova, həmçinin “Scopus” bazasında aşkarlanmış “yırtıcı” jurnal və məqalələrin statistikasını təqdim edib. Qeyd edib ki, jurnalın beynəlxalq akademik bazada indeksləşməsi belə onun tam orijinal olmasına zəmanət vermir.

Mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda şöbə rəhbərləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz AlıquliyevMədinə Səidova məruzəyə dair fikirlərini bölüşüblər, mövzunun daha dərindən araşdırılması ilə bağlı təklif və tövsiyələrini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.