AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında 11 saylı şöbənin müdiri Şakir Mehdiyev cari il üzrə hesabatı təqdim edib. Bu il şöbədə elmi-tədqiqat işləri çərçivəsində görülən işlərdən danışan Ş.Mehdiyev bildirib ki, korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi istiqamətində araşdırmalar aparılmışdır.
O, şöbənin elmi-innovasiya və praktiki fəaliyyətindən söz açaraq AMEA-nın institut və təşkilatlarına məxsus fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması, AMEA-nın Rəyasət Heyətinin lokal kompüter şəbəkəsinə texniki və proqram təminatı xidmətlərinin yerinə yetirilməsi, həmçinin akademiyanın institut və təşkilatlarının infrastrukturunun yeniləməsi və təkmilləşdirilməsi ilə bağlı görülmüş işlərdən danışıb.
Bildirib ki, AMEA-nın illik hesabatı və Ümumi yığıncağına texniki dəstək işləri, “Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin konfrans zalının şəbəkə infrastrukuru və AMEA Gəncə Bölməsinin kompüter şəbəkəsinin infrastrukturu, o cümlədən bölmədə distant tədris mərkəzinin yaradılması və s. cari ildə görülmüş işlər sırasındadır.
O, həmçinin şöbənin elmi-pedoqoji, elmi-praktiki fəaliyyəti, beynəlxal əməkdaşlıq əlaqələrinin inkişafı, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, əldə olunmuş nəticələrin KİV-də təbliği, şöbədaxili seminarların keçirilməsi və digər işlərlə bağlı həyata keçirilmiş tədbirləri diqqətə çatdırıb.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırıb. Elmi şuranın üzvləri tərəfindən hesabat qənaətbəxş hesab olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.