AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova və institutun böyük elmi işçisi Tamilla Bayramovanın məqaləsi nüfuzlu elmi jurnalda çap olunub. “Program engineering in Azerbaijan” (“Azərbaycanda proqram mühəndisliyi”) adlı məqalə Hindistanda dərc olunan “International Journal of Modern Communication Technologies & Research” (“Müasir Kommunikasiya Texnologiyaları və Tədqiqatlar Beynəlxalq Jurnalı”) jurnalında çapdan çıxıb. Jurnal tərəfindən müəlliflərə sertifikat təqdim olunub.
Qeyd edək ki, “International Journal of Modern Communication Technologies & Research” Mühəndislik Tədqiqatları Nəşriyyatı tərəfindən dərc olunan beynəlxalq səviyyədə qəbul olunmuş aylıq onlayn jurnaldır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.