AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi v.i.e., texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova 3-6 may 2022-ci il tarixlərində Yaponiyanın Tokio şəhərində onlayn keçirilən “Multidissiplinar akademik qeydlər. Nəzəriyyə, metodologiya və təcrübə” XVII beynəlxalq elmi və praktiki konfransının (Multidisciplinary academic notes. theory, methodology and practice ХVII International Scientific and Practical Conference) Təşkilat Komitəsi tərəfindən sertifikata layiq görülüb.
Ş.Mahmudovaya sertifikat konfransda fəal iştirakına görə təqdim olunub. O, konfransda “İntellektual proqram sisteminin sintezi üçün modelin işlənməsi” (Development of a model for the intelligent software system synthesis) mövzusunda məruzə ilə çıxış edib.
Qeyd edək ki, konfrans “Google Scholar”, “Crossref”, “DOI”, “OUCI”, “BOWKER” və digər nüfuzlu bazalarda indeksləşir və referatlaşır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.