AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin cari il üzrə hesabatı dinlənildi.
Şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, beynəlxalq konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitabların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülmüş işlərdən danışdı.
T.Kazımov “Fotoportretlər əsasında insanın irqi və etnik mənsubiyyətinin tanınması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə insanın irqi və etnik mənsubiyyətinin tanınma metodlarının tədqiqi və işlənmiş yeni alqoritm haqqında məlumat verdi. Qeyd etdi ki, işlənmiş metod və alqoritm əsasında “İrqi-Etnik” biometrik identifikasiya sistemi yaradılmış və sınaqlar aparılmışdır. Həmçinin, “Fotoportretlər əsasında insanın irqi və etnik mənsubiyyətinin tanınması üçün metod və alqoritmlərin işlənməsi” və “Səmərəli qərarların qəbul olunması üçün biometrik şəbəkədən istifadə etməklə tanınmanın keyfiyyətinin artırılması üsulları” mövzuları üzrə problemlərin araşdırıldığından söhbət açıldı.
Məruzəçi “Ad Hoc şəbəkələrində məkanın müəyyən olunmasının metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə Ad-hoc şəbəkələri üçün yeni marşrutlaşdırma alqoritminin işlənib hazırlandığını qeyd etdi.
Şöbə müdiri “Proqram təminatının etibarlılığının yüksəldilməsi” və “İnsanın əl damar təsvirləri əsasında tanınması üzrə modelin işlənməsi” mövzuları ətrafında araşdırmalar aparıldığını vurğuladı.
T.Kazımov elmi-innovasiya və praktiki fəaliyyət istiqamətində elmi kadrlar potensialının səmərəli idarə olunması sisteminin müşayiəti, şöbə əməkdaşlarının fərdi məlumatları və elmi əsərləri haqqında məlumatların Vikipediyaya daxil edildiyini də diqqətə çatdırdı.
Məruzəçi şöbə əməkdaşlarının elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirakı və tanınmış elmi jurnallarda çap olunmuş məqalələri barədə məlumat verdi.
Müzakirələrdə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika elmləri doktoru Ramiz Alıquliyev və iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev təklif və tövsiyələrini səsləndirdilər. Elmi Şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.