İnstitut əməkdaşının elmi ekspertiza fəaliyyəti yüksək qiymətləndirilib

11 Fervral 2022 - 10:28 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Springer” nəşriyyatının “Journal of Big Data” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Journal of Big Data” “Scopus” elmi bazasına daxil olan yüksək impakt faktorlu jurnaldır. Jurnalda data analitikası üzrə orijinal tədqiqatlar, dərin təlim alqoritmləri və böyük verilənlərin bütün tətbiqlərini əhatə edən məqalələr dərc olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.