Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktoru Eldor Aripov İnformasiya Təhlükəsizliyi üzrə MDB Beynəlxalq Ekspert Forumunun işində iştirakına görə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini Şakir Mehdiyevə təşəkkür məktubu ünvanlayıb.
O, məktubda beynəlxalq forumda təşkil olunmuş müzakirələrdə fəal iştirak etdiyinə və müvafiq sahədə əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təkliflər verdiyinə görə Ş.Mehdiyevə dərin minnətdarlığını bildirib.
E.Aripov, həmçinin İnformasiya Texnologiyaları İnstitutu ilə rəhbərlik etdiyi qurum arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib.
Xatırladaq ki, Ş.Mehdiyev cari il iyunun 29-da Daşkənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyində (MDB) informasiya təhlükəsizliyinin təmin olunması üzrə Beynəlxalq Ekspert Forumuna qatılmışdır. O, onlayn tədbirdə “Rəqəmsal iqtisadiyyatın təhlükəsizliyinin təmin edilməsi problemləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.