İnstitutun əməkdaşı beynəlxalq konfransda sertifikata layiq görülüb

18 May 2021 - 10:27 | Mühüm hadisələr

11-14 may 2021-ci il tarixlərdə Bolqarıstanın Varna şəhərində “Müasir elm və təcrübənin həyata keçirilməsi” XXV Beynəlxalq Elmi Konfransı keçirilib.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova  beynəlxalq konfransda fəal iştirakına görə sertifikata layiq görülüb.

Qeyd edək ki, müxtəlif ölkələrdən olan alim və mütəxəssislərin qatıldığı onlayn tədbirin keçirilməsində əsas məqsəd müasir elm və təcrübənin həyata keçirilməsi ilə bağlı müzakirələr aparmaq, müvafiq istiqamətlərdə yeni tədqiqatları təqdim etmək, bilik və təcrübələri paylaşmaq idi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.