“Microsoft” şirkəti yenilənmələr təqdim edib

12 Noyabr 2014 - 17:00 | Maraqlı məlumatlar
“Microsoft” şirkəti yenilənmələr təqdim edib

“Microsoft” şirkəti məhsullarında olan bir sıra boşluqları aradan qaldırmaq üçün yenilənmələr təqdim edib.

3dnews.ru saytının məlumatına görə, bu məqsədlə ümumilikdə 14 təhlükəsizlik bülleteni nəşr olunub. Bu, 2013 və 2014-cü illər üçün rekord göstərici hesab olunur. Microsoft Windows, Internet Explorer, Office, .NET Framework, Internet Information Services, Remote Desktop Protocol, Active Directory Federation Services, Input Method Editor və Kernel Mode Driver-də 30 dan çox boşluq aradan qaldırılıb.

Nəşr olunmuş 4 bülletendə kritik boşluqlar təsvir olunub. Onlar bədniyyətlilərə uzaq məsafədən kompüterə daxil olaraq ixtiyari əməliyyatları icra etmək imkanı verə bilər.

Bundan başqa, səkkiz bülletendə "əhəmiyyətli", qalan iki bülletendə isə "orta" səviyyəli boşluqlar haqqında məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.