İnstitutun əməkdaşı nüfuzlu beynəlxalq alim mükafatına layiq görülüb

09 Oktyabr 2020 - 10:39 | Mühüm hadisələr
İnstitutun əməkdaşı nüfuzlu beynəlxalq alim mükafatına layiq görülüb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova Hindistanda VDGOOD Peşəkar Asossiasiyası tərəfindən nüfuzlu “Mühəndislik, Elm və Tibb üzrə Beynəlxalq Alim Mükafatları 2020” nominasiyası üzrə beynəlxalq alim mükafatına və sertifikata layiq görülüb.

VDGOOD Asossiasiyası dünyanın müxtəlif ölkələrində sənaye, mühəndislik, elm və digər sahələrdə fəaliyyət göstərən alim və tədqiqatçıları öz biliklərini bölüşmək üçün bir araya gətirən unikal beynəlxalq platformadır. Beynəlxalq alim mükafatı elmi nailiyyətləri təşviq etmək və əməkdaşlıqları genişləndirmək məqsədilə təsis olunmuşdur.

Qeyd edək ki, 2020-ci ilin dekabın 19-20-də qaliblərin mükafatlandırılması üzrə final tədbirinin keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.