I yarımildə nəşr olunmuş elmi əsərlərin statistikası təqdim olunub

19 Avqust 2020 - 11:57 | Konfranslar, İclaslar
I yarımildə nəşr olunmuş elmi əsərlərin statistikası təqdim olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında institut əməkdaşlarının 2020-ci ilin I yarımili ərzində nəşr olunmuş elmi əsərlərinin  statistikası təqdim olunub.

İnstitutun elmi katibi, E-kitabxana Mərkəzinin rəhbəri Mədinə Səidova məsələyə dair çıxış edərək bildirib ki, I yarımil ərzində institut əməkdaşları tərəfindən 132 elmi əsər üzərində iş aparılmışdır. Nəşr olunan 71 məqalədən 12-si “Web of science”, 3-ü isə “Scopus” elmi bazasına daxil olmuşdur.

Elmi katib nüfuzlu jurnallara qəbul olunmuş və rəydə olan məqalələr, eləcə də konfrans materialları haqqında məlumat verib. Həmçinin “Web of science” və “Scopus”da çap olunmuş məqalələrin şöbələr üzrə statistikasını iclas iştirakçılarının diqqətinə çatdırıb.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbələrin fəaliyyəti ilə bağlı irad və təkliflərini səsləndirib. Alim institut əməkdaşlarına multidissiplinar elmi tədqiqatlar aparmağı, beynəlxalq əlaqələri gücləndirməyi və qrant layihələrdə fəal iştirak etməyi tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.