İnsanlar qəflətən başlayan yağışın planlarını dəyişməməsi üçün gündəlik hava proqnozlarını izləyirlər. Buna baxmayaraq, bəzən sinoptiklər də təbiət hadisələrinin dəqiq vaxtını düzgün çatdıra bilmirlər.
“Google” şirkətinin nümayəndələrinin sözlərinə görə, neyron şəbəkələrindən istifadə cəmiyyətə real vaxt çərçivəsində hava proqnozları barədə daha dəqiq məlumat əldə etməyə kömək edəcək.
Sınaq zamanı onlar 1 km məsafədə olan məlumatın ənənəvi metodlardan altı saat daha əvvəl proqnozunu veriblər. Hətta, süni intellekt havanın yağmurlu olacağını proqnozlaşdırırsa, yağışın yağması vaxtı dəqiqəbədəqiqə uyğun gəlir.
4pda.ru saytının məlumatına əsasən, aparılan çoxsaylı sınaqlar zamanı yağıntıları proqnozlaşdırmaq üçün radiolokasiya məlumatlarından istifadə edilib. “Google” yanaşmasının əsas üstünlüyü proqnozlaşdırmanın sürətindədir. Bundan əlavə, neyron analiz metodundan fərqli olaraq, ənənəvi, supergüclü kompüterlərdə yüzlərlə terabayt məlumatların gündəlik emalını tələb edir ki, bu da proqnozların verilmə tezliyini artırmağı baha başa gətirir.
“Google”un yeni alqoritmi müraciətlər əsasında hava proqnozunu cəmi bir neçə dəqiqə ərzində verə bilir. Neyron şəbəkəsinin təlimi üçün 2017-ci ildən 2019-cu ilə qədər ABŞ-ın bir neçə ştatında radar məlumatları toplanılıb. Layihə müəllifləri əmindirlər ki, klassik hesablama metodunun qeyri-effektivliyi və ləngimələri səbəbindən iri şirkətlər tədricən ondan imtina edəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.