Yanvar ayının 7-dən öz işinə başlayan “CES 2020” beynəlxalq sərgisində “ağıllı” ev, süni intellekt, 5G, qatlama maşınları, nəzarət texnologiyası, robototexnika ilə bağlı minlərlə yeni məhsul təqdim edilir.
Sərgidə “Amazfit” şirkəti bir çox yeni cihaz, o cümlədən “ağıllı” “Amazfit Bip S” saatını sərgi iştirakçılarına nümayiş etdirir.
ferra.ru saytının məlumatına görə, cihaz özündən əvvəlki modellər ilə eyni ekrana malik olsa da, ölçüləri 176 x 176 pikselə çatdırılıb. “Ağıllı” saat idman rejimi və musiqini idarə edə bilən yeni xüsusiyyətlərə sahibdir. “Amazfit Bip S”də Bluetooth 5.0 versiyası quraşdırılıb. “Ağıllı” saatın əsas xüsusiyyəti onun bir dəfə enerji yüklədikdən sonra 40 gün işlədilə bilməsindədir.
Bu ilin fevral ayında saatın bir neçə rəngdə, təxminən 70 dollara kütləvi satışa çıxarılacağı gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.