“Google”dan olan mühəndislər müvafiq yolla modelin işıqlandırılmasını dəyişdirərək hərəkət edən insanın real modelini yaratmağı və onu virtual sahəyə yerləşdirməyi öyrəniblər. Mütəxəssislər onlarla kamera və yüzlərlə idarə olunan işıqlandırma mənbəyi ilə içərisində insan olan stend hazırlayıblar.
Sistem tez zamanda işıqlandırmanı dəyişir və insanı müxtəlif tərəflərdən çəkir. Daha sonra bu məlumatları birləşdirir, bədən, geyim forması, eləcə də optik xüsusiyyətləri yüksək dəqiqliklə təsvir edən model yaradır. Yenilik 17-20 noyabr tarixlərində Avstraliyanın Brisben şəhərində keçirilən “SIGGRAPH Asia 2019” konfransında təqdim edilib.
Hərəkət və virtual avatarların yaradılması texnologiyaları artıq bir neçə ildir ki, müxtəlif sferalarda istifadə olunur. Onlardan bəziləri (məsələn, filmlərin çəkilişləri vaxtı tətbiq olunurlar) üz və bədənin digər hissələrinin hərəkətlərini dəqiq çəkməyə əsaslanır, əldə olunan qeydlər daha sonra başqa personajın multiplikasiyası üçün istifadə olunur. İnsanın zahiri görünüşünü saxlamaq əhəmiyyətli olduğu hadisələrdə isə çoxkameralı sistemlərdən istifadə olunur.
nanonewsnet.ru saytının məlumatına əsaən, bu sferada bəzi istehsalçılar kifayət qədər keyfiyyətli nəticələrə nail olublar. Məsələn, “Intel” bəzi idman stadionlarında istənilən rakursdan təkrarları yenidən yaratmağa imkan verən sistemdən istifadə edir. Lakin bu kimi sistemlər predmetlərin optik xüsusiyyətləri haqqında məlumat toplaya bilmir və onların köməyi ilə əldə edilən model real olaraq digər işıqlandırma ilə bir mühitə keçmir.
Paul Debevec və Şahram İzadinin rəhbərlik etdiyi “Google” mühəndislər qrupu hərəkətli insanın həm şəklini, həm də optik xüsusiyyətlərini real şəkildə əks etdirən model yaratmağa və bu modeli başqa bir mühitə köçürməyə imkan verən çəkiliş stendi və proqram təminatını yaradıblar və işıqlandırmanı ona uyğunlaşdırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.