Akademik Rasim Əliquliyev “Təhsil TV”nin qonağı olub – VİDEO

03 Dekabr 2025 - 09:22 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev “Təhsil TV”nin qonağı olub

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Təhsil TV”nin qonağı olub.

Akademik Rasim Əliquliyev müasir dövrdə peşə sahiblərindən yalnız ənənəvi bacarıqlar deyil, həm də data-ların emalı və analizi ilə bağlı biliklərin mənimsənilməsinin tələb olunduğunu vurğulayıb. İnstitutun baş direktoru data emalı prosesində risklərin minimallaşdırılması baxımından kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılmasının da xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Alim qeyd edib ki, data analitikası və kibertəhlükəsizlik kimi kompetensiyalara malik mütəxəssislər əmək bazarında daha yüksək rəqabət üstünlüyünə və nüfuza sahib olurlar.