Honkonq Kore Akademiyasının saytı: İnformasiya Texnologiyaları İnstitutu ilə süni intellekt sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb

03 Dekabr 2025 - 09:50 | Mühüm hadisələr
Honkonq Kore Akademiyasının saytı: İnformasiya Texnologiyaları İnstitutu ilə süni intellekt sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb

Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının coreacad.org veb-saytında Kore Akademiyasının məsul şəxsləri ilə İnformasiya Texnologiyaları İnstitutu arasında keçirilən görüş haqqında ətraflı məlumat yerləşdirilib.

Xəbərdə iki qurum arasında süni intellekt və informasiya texnologiyaları sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə imzalanmış Anlaşma Memorandumu haqqında məlumat verilib. Memorandum çərçivəsində süni intellekt, data science, kibertəhlükəsizlik və digər prioritet istiqamətlər üzrə birgə elmi tədqiqatların aparılması, qrant layihələrdə iştirak, seminar və konfransların təşkili, eləcə də kadr və təcrübə mübadiləsinin aparılmasının nəzərdə tutulduğu qeyd olunub.

Xəbərin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür: www.coreacad.org