Harvardda yerləşən Viss Universitetinin tədqiqatçıları səkkiz müxtəlif materialdan obyektləri çap edə və onların arasından saniyədə 50 dəfə keçə bilən yeni 3D-printeri təqdim ediblər.
Əksər kommersiya printerləri yalnız bir materialdan obyekt yarada bilir. Harvard Universitetinin yeni çoxqatlı, çoxmateriallı 3D çap texnologiyasında (MM3D) səkkiz fərqli material arasında sürətli, davamlı və hamar keçid edə bilmək üçün yüksək sürətli təzyiq klapanlarından istifadə edilib. Elə də böyük olmayan obyektin çapetmə prosesinə on gün vaxt sərf olunur.
hightech.fm saytının məlumatına görə, cihazda mürəkkəbi tez bir şəkildə dəyişdirmək üçün bir neçə Y şəkilli bağlantılar da yerləşdirilib.
Tədqiqatçılar qeyd edirlər ki, MM3D çap aparatı çox sürətli olduğu üçün burada silikon, epoksid qatranları, poliuretan və bioboya kimi zamanla xüsusiyyətləri dəyişən materiallardan istifadə etmək mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.