Müasir kompüterlər insan müdaxiləsi olmadan öyrənə bilər.
Son illərdə özü öyrənə bilən süni intellekt sistemləri haqqında daha çox eşidirik.
interesnosti.com saytının məlumatına görə, kompüterlər onları yaradan şəxs qədər ağıllı ola bilərlər. “Google”ın superkompüterlərindən birinin 2600 oyun oynamağı öyrənməsini və dünyanın ən yaxşı oyunçularını məğlub etməsini buna misal göstərmək olar.
Daha bir nümunə isə, amerikalıların “YouTube” sosial şəbəkəsində videoları izləyərək bişirməyi öyrənən “ağıllı” android yaratmasıdır. Videonu vizual tanıma sistemi bu kompüterlərə xüsusi bacarıqları öyrənməyə imkan verir.
Mütəxəssislər hesab edirlər ki, gələcəkdə restoranlar mükəmməl yeməklər hazırlayan aşpazları robotlar ilə əvəz edə bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.