“NVIDIA” pilotsuz təyyarələr, dronlar, şəbəkə videoqeydiyyatı, portativ tibbi cihazlar və başqa qurğulara quraşdırmaq üçün mini sistemlərin çeşidini genişləndirib. Yeni “Jetson Xavier NX” superkompüteri əvvəlki nəsillə tam uyğun olsa da, o, daha yığcamdır.
mobidevices.ru saytının məlumatına əsasən, yeniliyin ölçüləri 69,6 × 45 millimetr təşkil edir. “Jetson Xavier NX”in məhsuldarlığı “Jetson TX2” ilə müqayisədə 15 dəfə yüksəkdir.
Bundan əlavə, kompüterdə 6 nüvəli “Carmel Arm” prosessoru, altı “CSI” kamerası, “MIPI CSI-2” kamerasının ardıcıl interfeysi üçün 12 xətt, 8 GB 128 bitlik “LPDDR4x” yaddaşı, “Ubuntu” əsasında geqabit Ethernet və Linux mövcuddur.
“Jetson Xavier NX” yüksək məhsuldarlığ tələb edən, və “ölçü, çəki, enerji xərcləri və ya dəyəri məhdud” kommersiya robotları, yüksək ayırdetmə dəqiqliyinə malik pilotsuz tənzimləyicilər, portativ tibbi qurğular, IoT cihazları və sənaye sistemləri kimi periferiya qurğularına yerləşdirmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, qiyməti 399 dollar təşkil edən “Jetson Xavier NX” superkompüteri NVIDIA paylama kanalları vasitəsilə gələn ilin mart ayında satışa çıxarılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.