“Samsung” elastik smartfonun konseptini nümayiş etdirib

31 Oktyabr 2019 - 17:10 | Texnoloji yeniliklər
“Samsung” elastik smartfonun konseptini nümayiş etdirib

Cənubi Koreyanın “Samsung” şirkəti istehsalçılar üçün konfransda elastik ekrana malik bükülən smartfonun konseptini nümayiş etdirib.

hitech.newsru.com saytının məlumatına görə, şirkət nümayəndələri bildiriblər ki, belə yanaşma adi smartfonu daha yığcam etməyə imkan verəcək. Qurğu bükülmüş formada istənilən cibə yerləşəcək. Qadcetin mümkün xarakteristikaları və smartfonun kommersiya versiyasının satışa çıxarılması tarixi haqqında hələ ki, məlumat verilmir.

Qeyd edək ki, 13 noyabr tarixində “Motorola” şirkətinin elastik smartfonunun təqdimatı keçiriləcək. Qadcetin məşhur bükülən “RAZR V3” qurğusunun varisi olacağı və dizayn baxımından “Samsung”un yeni elastik smartfonuna bənzəyəcəyi bildirilib.

Xatırladaq ki, “Samsung” elastik ekrana malik ilk smartfonunu cari ilin fevralında təqdim edib. “Samsung Galaxy Fold” hələ aprel ayında satışa çıxarılmalı idi, lakin yalnız sentyabrda bazara daxil oldu. Çünki şirkətin mühəndisləri qurğunun təkmilləşdirilməsi ilə məşğul idilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.