ABŞ-ın “DJI” şirkətinin yeni “Mavic Mini” pilotsuz uçan aparatını təqdim edib. Cihaz yüngül olduğu üçün ABŞ Federal Aviasiya Administrasiyasında (FAA) qeydiyyat tələb etmir.
Bu pilotsuz təyyarənin çəkisi 249 qram təşkil edir. 250 qram və ondan daha çox ağırlığı olan cihazların FAA qeydiyyatı tələb olduğu üçün şirkət hazırladığı dronun çəkisini mümkün qədər azaldıb.
“DJI” mütəxəssisi qeyd edir ki, “Mavic Mini” sahibləri gecikmələr olmadan pilotsuz təyyarədən istifadə etməyə başlaya bilər. hightech.fm saytının məlumatına əsasən, “Mavic Mini”nin maksimal uçuş müddəti 30 dəqiqə, qiyməti təxminən 495 dollar təşkil edəcək. Pilotsuz uçan aparat 2.7K kameraya malikdir.
Qeyd edək ki, dronu cari ilin 30 oktyabrdan etibarən ABŞ-da almaq mümkün olacaq. Şirkət bu barədə məlumat elan edəcəyini və potensial istifadəçilərə daha çox texniki detallar təqdim edəcəyini vəd edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.