İstehsalçıların elastik ekranlı smartfonlar istehsal etmək tendensiyası ilə əlaqədar olaraq mühəndislər müvafiq akkumulyatorların hazırlanması üsullarını araşdırmağa başlayıblar.
İsveçrə Federal Texnologiya İnstitutunun tədqiqatçıları uzadıla bilən elastik akkumulyator prototipini hazırlamağa müvəffəq olublar.
4pda.ru saytının məlumatına görə, yeni batareyanı əymək, burmaq, dartıb uzatmaq mümkündür. Bu halda batareya əvvəlki kimi işləyir və prototipin formasının bu kimi dəyişikliklər zamanı qidalanmanı ötürməsi dayanmır.
Akkumulyatorun hazırlanmasında xüsusi elektrolit, həmçinin polimer kompozitdən istehsal edilmiş anod və katod istifadə edilib. Onun daxili səthi isə nazik gümüş təbəqə ilə örtülüb.
Akkumulyatorun əyilməsi zamanı gümüş təbəqədə əlaqə itmir və nəticədə enerji təminatı kəsilmir.
İstehsalçılar yeni akkumulyator tipinin bir çox qurğularda tətbiq ediləcəyinə əmindirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.