Dördayaqlı robota iki ayaq üzərində dayanmaq öyrədilib

12 Sentyabr 2019 - 11:40 | Maraqlı məlumatlar
Dördayaqlı robota iki ayaq üzərində dayanmaq öyrədilib

Amerikalı mühəndislər qeyri-adi konstruksiyaya malik olan dördayaqlı “ALPHRED2” robotunun bacarıqlarını nümayiş etdiriblər. Onun ayaqları hər iki tərəfə əyilə, həmçinin bir-birinə nisbətən çevrilə bilir. Bu da ona hərəkət zamanı 3 ayağı eyni anda istifadə etməyə imkan yaradır.

Dördayaqlı robotların əksəriyyəti oxşar konstruksiyaya malikdirlər. Onların ayaqları iki seqmentdən ibarətdir. Bundan əlavə,  korpusa bərkidilən ayaq tez-tez çevrilə bilir. Bu halda ayaqlar çox zaman yalnız bir tərəfə əyilir ki, bu da robotun imkanlarını kifayət qədər məhdudlaşdırır. Bu kimi dizayn Amerikanın “Spot” və Çinin “AlienGo” robotlarında istifadə olunur.

Berklidəki Kaliforniya Universitetinin mühəndisləri bu robotlar üçün qeyri-adi konstruksiyalı “ALPHRED2” dördayaqlı robotunu təqdim ediblər. O şaquli motorla təhciz edilən ilmələrə bərkidilmiş dörd eyni ayağa malikdir. Hər ayağında üç seqment olan bu robotun ayaqlarının sonunda kiçik qatlanan seksiyalar qurulub. Onlar sinxron çevrilərək ona iki ayaq üzərində durmağa imkan verir. Məhz bunun sayəsində o, yıxılmır.

nplus1.ru saytının məlumatına görə, hər ayaqda su soyudulması ilə təzhiz olunan elektromotor istifadə olunur. Bu ona 32 Nyuton-metr və daimi səviyyədə 21 Nyuton-metr pik fırlanma anını inkişaf etdirməyə imkan verir.

Robot bir saniyə ərzində yarım metrə qədər sürətlə dörd ayaqda bərabər səth üzrə hərəkət edə bilmək imkanına malikdir. Bundan başqa, istehsalçılar robotun qeyri-adi hərəkət üsullarından istifadə edə biləcəyini də göstəriblər. Onlar təkərləri onun korpusunda bərkidərək robotun bütün ayaqlarını yerə basaraq necə irəlilədiyini nümayiş etdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.