Yeni neyroşəbəkə kadrdakı güzgüləri “görür”

10 Sentyabr 2019 - 14:24 | Texnoloji yeniliklər
Yeni neyroşəbəkə kadrdakı güzgüləri “görür”

Çin istehsalçıları neyroşəbəkəyə təsvirlərdə güzgüləri tanımağı öyrədiblər. Alqoritm bunu güzgülü və güzgüsüz təsvir sahələrinin, adətən, tekstur, rəng və semantik əlamətlərə görə fərqlənməsi sayəsində edir. Sınaqlar nəticəsində məlum oldu ki, neyroşəbəkə şəkillərdə güzgüləri digər alqoritmlərdən daha yaxşı ayırd edir.

nanonewsnet.ru saytının məlumatına görə, güzgülər kompüter görməsi alqoritmləri üçün kifayət qədər böyük problemdir. Məsələn, şəkildə dərinliyin təyini alqoritmlərindən istifadə zamanı güzgü çox güman ki, məlumatlarda təhriflərə səbəb olacaq və alqoritmi güzgüdən də uzaq məsafədə əks etdirilən obyektləri “görməyə” məcbur edəcək. Bu problemin həlli kimi istehsalçılar güzgülərin tanınması alqoritmlərindən istifadə etməyi təklif edirlər. Onlar sayəsində əsas alqoritm şəkildəki güzgülü sahəyə əhəmiyyət verməyəcək. Bu kimi alqoritmlər artıq mövcuddur, lakin hələ ki, onlar yüksək dəqiqliyə malik deyillər.

Alqoritm iki əsas hissədən ibarətdir. Əvvəlcə təsvir əlamətlərin ayırd edilməsi üçün yüksək dəqiqliyə malik neyroşəbəkəyə verilir. Alqoritm təsvirdən artıq hissələri kəsir və əsas məlumatları saxlayır. Bunun sayəsində təsvirin ölçüsü kiçilir və analiz üçün daha sadə olur, lakin obyektlər haqqında informasiya itmir. Bundan sonra emal edilmiş təsvir şəkildəki rənglərin analizi ilə məşğul olan başqa neyroşəbəkəyə verilir. Alqoritm parametrlərin kəskin fərqləndiyi sahələr arasındakı sərhədi təyin edərək, güzgünün vəziyyətini müəyyən edir və onu kadrda seçir.

İstehsalçılar neyroşəbəkənin öyrədilməsi üçün güzgülər olan məkanın 4018 cüt şəklindən ibarət olan dataşəbəkəni əl ilə yığıblar. 3063 cüt təsvir təlim üçün seçilib, yerdə qalan 955 təsvir isə öyrədilmiş alqoritmin yoxlanması üçün istifadə olunub. Məlum olub ki, yeni alqoritm digər alqoritmlərlə müqayisədə daha sabit işləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.