Kiber-fiziki sistemlərin elektron elm mühitinə inteqrasiyası tədqiq olunub

04 Sentyabr 2019 - 08:27 | Mühüm hadisələr
Kiber-fiziki sistemlərin elektron elm mühitinə inteqrasiyası tədqiq olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini Şakir Mehdiyev və 3 saylı şöbənin müdiri Təhmasib Fətəliyevin həmmüəllifi olduğu “Integration of Cyber-Physical Systems in E-Science Environment: State-of-the-Art, Problems and Effective Solutions” (“Elektron elm mühitinə kiber-fiziki sistemlərin inteqrasiyası: müasir vəziyyət, problemlər və effektiv həllər”) adlı məqalə nüfuzlu “International Journal of Modern Education and Computer Science (IJMECS)” jurnalında nəşr olunub.

Məqalə elektron elm mühitinə kiber-fiziki sistemlərin inteqrasiyasının tədqiqinə, mövcud problemlərin təhlilinə və əsas problemlərin effektiv həlli yollarına həsr edilib.

Elektron elm elmi verilənlərin toplanması, saxlanması, emalı və ötürülməsi ilə əlaqəli problemlərin həlli yollarını təmin edən İnternet texnologiyaları, əşyaların İnterneti, kiber-fiziki sistemlər də daxil olmaqla, İT-nin innovativ potensialı ilə sıx bağlıdır. Kiber-fiziki sistemlərin bu mühitə inteqrasiyası elmi verilənlərin eksponensial artımı ilə müşayiət olunur ki, bu da öz növbəsində peşəkar idarəetmə nəticəsində yeni biliklərin əldə edilməsi və elmin yeni keyfiyyətdə inkişafı üçün geniş imkanlar açır.

Məqalədə  e- elm mühiti “ağıllı şəhər” kontekstində nəzərdən keçirilərək bulud, duman, şeh və blokçeyn texnologiyalarından istifadə imkanları, həmçinin elmi verilənlərin paylanmış emalının texnoloji həlli təqdim edılib.

Qeyd edək ki, IJMECS jurnalı Google Scholar, Microsoft Academic Search, CrossRef, Baidu Wenku, IndexCopernicus, IET Inspec, EBSCOJournalSeek, ULRICH's Periodicals Directory, WordCat, Scirus, Academic Journals Database, Stanford University Libraries, Cornell University Library, UniSA Library, CNKI Scholar, ProQuest, J-Gate, ZDB, BASE, OhioLINK, iThenticate, Open Access Articles, Open Science Directory, National Science Library of Chinese Academy of Sciences, The HKU Scholars Hub və başqa bu kimi nüfuzlu elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.