AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Gülarə Məmmədovanın 60 yaşı tamam olur.
Gülarə xanım yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti, əldə etdiyi nailiyyətləri ilə hər zaman rəhbərliyin və kollektivin diqqət mərkəzində olmuşdur. G.Məmmədovaya xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.
İnstitutun kollektivi Gülarə xanımı 60 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, elmi fəaliyyətində yeni nailiyyətlər arzulayır.
Gülarə xanım, çöhrənizdən təbəssüm, gözlərinizdən sevinc heç zaman əskik olmasın!