“Apple” şirkəti istifadəçiləri dinləməkdən imtina edəcək

02 Avqust 2019 - 16:55 | Maraqlı məlumatlar
“Apple” şirkəti istifadəçiləri dinləməkdən imtina edəcək

“Apple” şirkəti “Siri” səs köməkçisinin keyfiyyətinə nəzarət fəaliyyətini dayandırıb. Bəzi kənar istehsalçılar həmin proqram vasitəsilə istifadəçilərin sorğularına müdaxilə edə bilirdilər.

hightech.fm saytının məlumatına görə, kənar tərtibatçılar bir neçə saniyə davam edən səs sorğularının 1 faizini dinləmək imkanına malik olublar. Bu layihənin əsas məqsədi “Siri” səs köməkçisində nitqin tanınmasının keyfiyyətinin yüksəldilməsi idi. Lakin istifadəçilər onların mesajının dinlənilə bilməsindən narazı idilər. Bundan əvvəl “Guardian” nəşri yazmışdı ki, “Siri” səs köməkçisi məxfi informasiyanı yaza bilir.

Artıq “iOS” əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğuların istifadəçiləri “Siri”nin informasiyaya girişini məhdudlaşdıra və öz səsli məlumatlarını keyfiyyət yoxlamasına göndərməyi qadağan edə biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.