Yeni texnologiya istənilən tullantını buxarlandırmağa imkan verəcək

02 Avqust 2019 - 15:06 | Texnoloji yeniliklər
Yeni texnologiya istənilən tullantını buxarlandırmağa imkan verəcək

Kaliforniyanın “Sierra Energy” startapı tullantıların ümumi utilizasiyası üçün hazırlanmış “FastOx” texnologiyasını təqdim edib. Bütün növ tullantıları ətraf mühit üçün ziyansız şəkildə məhv etməklə yanaşı, həm də onlardan bir çox yerdə tətbiq oluna biləcək xammal əldə etmək mümkündür.

techcult.ru saytının məlumatında bildirilir ki, texnologiya tullantıları yandıran kamera əvəzinə modifikasiya edilmiş metallurgiya domnasının tikilməsini nəzərdə tutur. Yanma prosesinin sürətlənməsi üçün ona təmiz oksigen yeridilir, temperatur isə 2200 dərəcə Selsiyə çatır. Bu istilik tullantını buxarlandırır, onun sadə komponentlərə (hidrogen və dəm qazı) parçalanmasına səbəb olur.

Qazlardan elektrik enerjisi və ya gübrə istehsalında istifadə etmək olar. Buxarlanmayan və digər komponentlərdən ayrılan metallar təkrar emala hazır olacaq. Bütün təhlükəli mikroblar, istifadə müddəti bitmiş dərmanlar, zəhərlər və s. yüksək temperaturda məhv ediləcək. Yandırma prosesindən sonra, hətta kül də qalmayacaq. Beləliklə, yeni texnologiya bütün dünyada böyük tullantıların öhdəsindən gəlməyə kömək edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.