İyulun ortalarında Fransa Prezidenti Emmanuel Makronun ölkədə Kosmik Qüvvələrin yaradılması ilə bağlı açıqlamasından sonra yeni silahlı birləşmənin təchiz ediləcəyi silahlar və Fransa peyklərinə hərbi peyklərə çevrilməyə imkan verən proqrama dair məlumat verilib.
4pda.ru saytının məlumatına görə, Fransanın Müdafiə naziri Florans Parlinin sözlərinə görə, ölkə 2030-cu ilədək orbitə göyərtəsində lazer və pulemyot silahı daşıyacaq peyklər qruplaşması çıxaracaq. Bunun üçün 2025-ci ilədək hərbi büdcədən 4 milyard 300 milyon avronun ayrılması nəzərdə tutulur. Vəsaitlərin bir hissəsi Fransanın hərbi telekommunikasiya peyklərinin modernləşdirilməsinə sərf olunacaq. Növbəti nəsil qurğuların isə mümkün düşmən peyklərinin neytrallaşdırılması üçün asma silahlarla təchiz edilməsi planlaşdırılır.
Nazir bildirib ki, yeni sistemin müdafiə məqsədi daşıyır. O, qeyd edib ki, peyklərin silahla təchiz edilməsi ilə bağlı plan kosmik məkanda nüvə silahı və digər kütləvi qırğın silahlarından istifadəni qadağan edən 1967-ci il tarixli Kosmos haqqında beynəlxalq müqavilənin müddəalarını pozmur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.