İnstitutun şöbə müdiri M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Dövlət İmtahan Komissiyasında təmsil olunub

14 İyun 2019 - 15:00 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Tətbiqi riyaziyyat fakültəsində 02.03.01 – “Riyaziyyat və kompüter elmləri” istiqaməti üzrə Dövlət İmtahan Komissiyasının üzvü olub.

G.Nəbibəyova 3-12 iyun 2019-cu il tarixlərində universitetin bakalavr və magistratura pillələrinın buraxılış kurs tələbələrinin dövlət attestasiyası üzrə təşkil edilmiş Dövlət İmtahan Komissiyasının və İxtisaslaşdırılmış Müdafiə Şurasının işində iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.