Vaşinqton Universitetinin mütəxəssisləri ev şəraitində smartfon üçün qulaq infeksiyası xəstəliyini aşkarlamağa kömək edəcək “EarHealth” adlı proqram hazırlayıblar. Layihə çərçivəsində alimlər sınaq alqoritmini yaratmaq üçün minlərlə xəstəlik tarixçələrini təhlil ediblər.
meddaily.ru saytının məlumatına əsasən, inkişaf edən infeksiyanın əsas göstəricisi orta qulaqda maye toplanmasıdır. Artıq qulaqda mayenin olub-olmadığını telefondan istifadə ilə təyin etmək mümkündür. Bunun üçün kağızı qıf şəklində bükmək lazımdır. Onun boğazı smartfonun aşağı hissəsinə yapışdırılmalı, qıf şəkilli kağızın əsas hissəsi isə eşitmə kanalına yaxınlaşdırılmalıdır.
“EarHealth” proqramı 150 milisaniyə davam edən səs siqnalı yaradır. Siqnal qulaq pərdəsində əks olunur və yenidən mobil telefonla qəbul edilir. Orta qulaqda maye varsa, əks olunan səs dalğasının tezliyi dəyişir. Bu şəkildə qoyulan diaqnozun dəqiqliyi 85 faiz təşkil edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.