“Google” şirkətinin vitse-prezidenti Vinton Qrey Serf (Vinton Grey Cerf) ötən ilin may ayında keçirilmiş seçkilərdə ACM-in(Association for Computing Machinery - Hesablama Texnikası Assosiasiyası) prezidenti seçilib. O, 1967-ci ildən assosiasiyanın üzvüdür.
“İnternetin atası” adlandırılan V.Serf ACM-ə 30 iyun 2014-cü il tarixinədək rəhbərlik edəcək.
Qeyd edək ki, 1947-ci ildə əsası qoyulan ACM dünyada kompüter sahəsi üzrə ən böyük elm və təhsil cəmiyyətidir. 2011-ci ilin məlumatına görə, assosiasiyanın 100.000-dən çox üzvü var.