İnstitutun əməkdaşı nüfuzlu jurnala rəyçi seçilib

03 May 2019 - 14:00 | Mühüm hadisələr
İnstitutun əməkdaşı nüfuzlu jurnala rəyçi seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Web of Science” bazasında indeksləşən “Applied Soft Computing” jurnalına rəyçi seçilib.

Qeyd edək ki, “Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu “Applied Soft Computing” jurnalında neyron şəbəkələr, qeyri-səlis məntiq, hibrid metodlar, morfoloji, təkamül, ehtimal və neyro hesablama, xaos nəzəriyyəsi kimi sahələrdə aparılan tədqiqatlar barədə məqalələr dərc olunur.

Jurnalın elmmetrik göstəriciləri aşağıdakı kimidir:

1) Impact Factor: 3.907 

2) 5-Year Impact Factor: 4.004

3) Source Normalized Impact per Paper (SNIP): 2.006

4) SCImago Journal Rank (SJR): 1.199

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.