Yeni portativ rentgen cihazı xərçəngin inkişafının erkən əlamətlərinin aşkarlanması üçün istifadə edilə bilər. Söhbət standart ikiölçülü şəkildən deyil, üçölçülü təsvirdən gedir.
meddaily.ru saytının məlumatına görə, yığcamlığı ilə seçilən üçölçülü rentgen cihazı kompüter tomoqrafiyası üçün böyük və bahalı sistemlərdən fərqli olaraq, kiçik klinikalar üçün daha əlçatan olacaq. Hazırda Böyük Britaniyanın Kosmik agentliyi “Adaptix” 3D-skanerinin hazırlanması ilə məşğul olur. Qurğunun işi ulduzların tədqiqatı üçün istifadə olunan texnologiyaya əsaslanır.
Cihaz daha əvvəl bürclərin xəritəsinin çəkilməsi üçün kosmik aparatlarda istifadə edilən sirenlərlə təchiz edilib. Onlar ən aşağı dozada şüa yayan kompüter tomoqrafiyası cihazlarına nisbətən, 10% daha az radiasiya buraxır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.